Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
"AzPolitika" xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Goranboyun Nadirkənd kənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub.
Məlumata görə, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olaraq Rusiya ordusunun sıralarına qoşulub.
Ş.Cəlilovun nəşi hazırda Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.
"AzPolitika.info"