EN

Pezeşkianın oğluna hökumətdə yüksək vəzifə verildi

İran Prezidenti Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyasının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib. 

Məlumata görə, o, bu vəzifəyə Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. 

Qeyd olunub ki, Pezeşkianın oğlu Şərif Texnologiya Universitetinin doktorantıdır. 

Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.

"AzPolitika.info"

Chosen
9
6
azpolitika.info

8Sources