İngiltərəli mütəxəssis Frenk Lempardın yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, 46 yaşlı məşqçi ölkəsində "Koventri Siti" klubunun baş məşqçisi təyin edilib.
Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lempardla 2.5 illik müqavilə imzalandığı açıqlanıb.
"Koventri Siti" hazırda çempionatda 17-ci yerdədir. Komanda 17 oyunda 17 xal toplayıb.
Qeyd edək ki, Frenk Lempard buna qədər "Derbi Kaunti", "Everton" və "Çelsi"ni çalışdırıb.