Xalq artisti Sadıq Zərbəliyev noyabrın 15-də Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib.
Kulis.az xəbər verir ki, xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu qoyulub.
Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bugün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.