EN

Ətin qiyməti bu səbəbdən artır - AÇIQLAMA

Qarşıdan gələn Yeni İl bayramına görə hinduşka ətinə təlabat artır. Bazarlarda bu quş ətinin qiymətində artım müşahidə olunur. 

Bəs artım nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, bahalaşma yem bazasındakı qiymət artımı ilə bağlıdır.

"Azərbaycanda ət məhsullarının qiymətinin artması birinci dəfə deyil ki, baş verir. Yəni bu son 10 ili götürsək, ən çox qiyməti artan ərzaq məhsullarından biri ət məhsullarıdır. İstər qırmız, istər quş ətinin bahalaşması yem bazasının, yemin qiymətinin artımı ilə əlaqəlidir. Ölkədə həm də hinduşka ət istehsalçıları özləri də ərzaq və qeyri-ərzaq məhsulları istehlakçılarıdır. Əgər ümumi qiymət artırsa, hər sahədə qiymət artımı müşahidə olunursa, onlar da satdığı məhsulların qiymətini artırmalıdırlar ki, əldə etdikləri vəsaitlə digər ehtiyaclarını ödəsinlər".

Natiq

İqtisadçının sözlərinə görə, qiymət artımı trendi zəifləməsə, müxtəlif sahələrdə qiymət artımı davam edəcək.

"Hər sahədə qiymət artdığı üçün fermerlər, istehsalçılar, istər xidmət sahəsində fəaliyyət göstərənlər çalışırlar ki, öz xidmət və məhsullarının qiymətini artırsınlar və digər ehtiyaclarını artan qiymətlər fonunda ödəyə bilsinlər. Təəssüf ki, qiymət artımı trendi zəifləməsə, ümumiyyətlə, inflyasiyanın aşağı çəkilməsi prosesi baş verməsə, müxtəlif sahələrdə qiymət artımının qarşısını almaq da mümkün olmayacaq".

Türkan İSGƏNDƏRLİ

Chosen
13
redaktor.az

1Sources