EN

Aşqarlar Kimyası İnstitutu ilə Türkiyə universitetləri arasında birgə tədqiqatların nəticələri müzakirə olundu

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayev beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı universitetləri olan Orta Doğu Texniki və Bartın universitetlərində elmi ezamiyyətdə olub.TehsilForumu.Az AZƏRTAC-a istinadən məlumat verilib ki, adıçəkilən universitetlərin kimya və biokimya bölmələrində keçirilən görüşlər zamanı indiyə qədər birgə aparılmış tədqiqatların nəticələri müzakirə olunub və növbəti ildə yerinə yetirilməsi nəzərdə tutulan işlərin planı müəyyənləşdirilib.Ə.Sucayev ezamiyyət müddətində üzvi və biokimya elmi-tədqiqat laboratoriyalarında tətbiq olunan yeni sintez və analiz üsulları ilə yaxından tanış olub.

Chosen
10
tehsilforumu.az

1Sources