Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş daha bir sabiq vəzifəli şəxsin ibtidai istintaqı tamamlanıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, təqsirləndirilən Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.
E.Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb. Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.