EN

"Mustafa sellofanda pulu verdi ki, arvadım Rübabəyə verərsən" - Modelyerin atasını qətlə yetirənlərin cinayət işi

Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində İsmayıl Salman oğlu ifadə verib: "Həmin gecə Mustafa gəlib qapıma, üstündə pul var idi, qoydu bizə sonra gecə saat 1-də keçmiş yoldaşı Rübabə gəldi həmin selofan pulu apardı. Dedim nəsə olub, dedi dostum hadisə törədib onunla əlaqədar gedirəm bölməyə. Maşında Namiqlə bir yerdə idi. Bir az sonra polisdən çağırdılar ki, xalan oğlu Mustafa adam öldürüb. Həmin gün axşam saat 8- də Mustafa mənimlə mənə məxsus avtoyuma məntəqəsinə gəldi, "Fiat Double" avtomobili ilə, selofanda olan pulu verdi mənə, dedi əmanətdir sonra çıxdı getdi. Gedən də dedi məni soruşan olsa de ki, iftarda sizdə olmuşam". 

Zərərçəkən şəxsin hüquqi varisi Elnarə Bəkirova- Cinayətin törədilməsində birbaşa xalası oğlu İsmayılın rolu var, bunu bilin. 
Qeyd edək ki, İsmayıl ilk dəfə polisə deyib Mustafanı həmin gecə görməmişəm. Sonra biləndə ki, Mustafa adam öldürüb, açıb deyib ki, o gecə bizdə olub. 

İsmayılın ibtidai istintaqdakı ifadəsi ilə hazırda verdiyi ifadələrində ziddiyyət olduğundan hakim onun ilkin ifadəsini elan edib. Məlum olub ki, həmin gecə Mustafayev ilə Rübabə İsmayılın evində görüşüblər. Sonra Rübabə selofanda olan pulu götürüb aparıb. Hətta İsmayıldan pul görsənməmək üçün rəngli selofan istəyib. 
İfadənin elan olunmasından sonra zərərçəkən şəxsin nümayəndəsi şahidə bəzi suallar ünvanlayıb. Sual-cavab nəticəsində məlum olub ki, İsmayıl Mustafanın ona dediyi sözləri ibtidai istintaqa təhrif edərək deyib. 

Hakim şahid ifadəsindən sonra məhkəmə prosesini 12 dekabr tarixinə kimi təxirə saldı. 

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluğla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.

Seymur Əli

Chosen
12
36
unikal.az

10Sources