EN

ÖzbəkistanınTürkiyəyə xalça məhsulları idxalı artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Özbəkistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq 5 milyon 295 min 37 dollar olub.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Xüsusilə, 2024-cü ilin oktyabr ayında Türkiyə Özbəkistana 714 min 54 dollar məbləğində xalça ixrac edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 32,4 faiz azalıb.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı 6,7 faiz artaraq 2 milyard 86 milyon dolları keçib. Lakin, oktyabr ayında ixracın ümumi məbləği 250 milyon dollar olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalma nümayiş etdirib.

Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça ixracı həyata keçirib.

Fuad Mədətov
Fins.az

Chosen
2
5
fins.az

10Sources