EN

Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbcaycan Baş Prokurorluğunun Özbəkistan Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı uğurla davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat verib.
Bildirilib ki, Özbəkistan Respublikasının vətəndaşları 1979-cu il təvəllüdlü İlxom Xurramoviç Boyturayevin və 1986-cı il təvəllüdlü Farxodcon Axrorconoviç Abdullayevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təhvil verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.
Chosen
11
50
oxu.az

10Sources