EN

İran eyham edir: sanksiyaları qaldırın, əks halda nüvə silahı yaradacayıq

İran öz nüvə doktrinasına yenidən baxa bilər.

Oxu24.com xəbər verir  ki, bu barədə  İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.


O qeyd edib ki, İran “nüvə silahının yayılmaması probleminin layiqincə həllinə nail olmaq üçün Qərblə əməkdaşlıq kursu seçib”. Ancaq bu gün İranda “belə bir siyasətin düzgünlüyünə dair müzakirələr gedir”.

“Açığı deyə bilərəm ki, İranda əsasən elita, həm də sadə insanlar arasında müzakirələr gedir, bizim bu siyasəti və nüvə doktrinamızı dəyişdirməli olub-olmaması ilə bağlı müzakirələr gedir, çünki praktikada bunun qeyri-kafi olduğu sübuta yetirilib”, - deyə Əraqçi bildirib. 

Nazir hesab edir ki, Avropanın İrana qarşı sanksiyalarının bərpası Tehranın nüvə doktrinasının yanlış olduğuna “hamını inandıracaq”.

 

Nigar

Chosen
4
50
oxu24.com

10Sources