EN

Koçaryana qarşı yeni ittihamlar irəli sürüldü

Ermənistanın Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryanı (1998-2008) və Ermənistan ordusunun sabiq baş qərargah rəisi, KTMT-nin keçmiş baş katibi, eləcə də İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturovu vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlığa görə ağır nəticələrə səbəb olmaqda ittiham edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Söhbət 2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşmaların baş verdiyi, 10 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrdən gedir. Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi artıq bu cinayət işi üzrə təqsirləndirilib, onlara qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı irəli sürülüb, lakin Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ildə bu qərarın Konstitusiyaya zidd olduğunu bildirib.

Bu ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.

Sabiq prezidentin özü jurnalistlərə açıqlamasında bu məhkəmə prosesini "ədalətə qarşı zorakılıq" kimi qiymətləndirdiyini bildirib.(Oxu.az)

Chosen
2
16
hurriyyet.az

10Sources