EN

“Neftçi” daha bir legioneri ilə yollarını AYIRDI

"Neftçi" amerikalı basketbolçu Kevion Bleylok ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çempionatda işləri yaxşı getməyən “Neftçi” Bleylokdan öncə Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvini də yola salıb.

Əvəzində Derrel Camal Brentli və De Ancelo Uilyam Stüartla güclənib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
5
1
bizim.media

2Sources