EN

Baş nazir elan etdi, Zurabişvili dərhal hərəkətə keçdi

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin AB ilə danışıqların dayandırıldığını elan etməsindən dərhal sonra Prezident Salome Zurabişvili diplomatik korpusun nümayəndələri ilə təcili görüş təyin edib.

Axar.az xəbər verir ki, Prezidentin Mətbuat xidməti görüşün sonunda Zurabişvilinin bəyanatla çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin 2028-ci ilin sonuna qədər AB-yə üzvlük danışıqlarını dayandırdığını və qrantlardan imtina edildiyini açıqlayıb.

Bunun ardınca Tiflisdə müxalifətin aksiyası başlayıb.

Chosen
19
16
axar.az

10Sources