Gürcüstan parlamenti qarşısında provokatorlar iğtişaşlar törədib və polis qüvvələri ilə toqquşmalar baş verib.
Musavat.com xəbər verir ki, seçkilərdə məğlub olmuş Qərbyönümlü müxalifət, hakim partiyanın Avropa İttifaqına 2028-ci ilə qədər üzvlüklə bağlı danışıqlar aparmaqdan imtina etməsinə etiraz olaraq, Rustaveli meydanına çıxıb.
Hadisələr zamanı üç polis əməkdaşı xəsarət alıb. Bu barədə “Sputnik”in Gürcüstan bölməsi məlumat yayıb.
Musavat.com