UEFA Avropa Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
QOL.az xəbər verir ki, “Qarabağ”ın sabiq üzvü Kadi Borgesin çıxış etdiyi Macarıstanın “Ferentsvaroş” klubu öz meydanında "Malmö” (İsveç) ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb..
Oyunda 3-cü qolu vuran Kadi ilk qolun ötürməsini də verib. Braziliyalı yarımmüdafiəçi bu performansi ilə matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Kadi Avropa kuboklarında son qolunu 2022-ci ilin yayında “Qarabağ”la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”ə vurmuşdu.
Əlavə edək ki, "Ferentsvaroş" hazırda Avropa Liqasında 9 xalla 11-ci pillədə qərarlaşıb.