EN

Gürcüstanda vəziyyət gərgindir

Noyabrın 29-na keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin mərkəzində hakimiyyətin Avropaya inteqrasiyanı dayandırmaq qərarı ilə başlayan etiraz aksiyasını dağıtmaq cəhdlərini davam etdirib.

Qüvvələr etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bundan əlavə, etirazçıları həbs ediblər.

Dağılış zamanı həm gözyaşardıcı qaz, həm də xüsusi təyinatlıların əməliyyatı nəticəsində çoxlu sayda etirazçı yaralanıb. Qurbanlar arasında müxalif siyasətçilər və jurnalistlər də var.

Bəzi müxalif siyasətçilər yaralanıb. Onlardan birinin əli sınıb. Jurnalistlər də xüsusi təyinatlıların əməliyyatlarından kənarda qalmayıb. Onların arasında zərərçəkənlərin də olduğu bildirilir.


Etirazçılar bütün gecəni Tbilisinin mərkəzində müxalifət liderləri ilə birgə keçiriblər. 


Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tbilisidə parlament binası yaxınlığında keçirilən nümayişlər zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı yaralanıb, 43 etirazçı isə həbs edilib.
 
Aytac 

www.anews.az
Chosen
11
5
anews.az

4Sources