EN

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 millimetrədək (aylıq normanın 50-115 faizi), Ağdamda 10, Füzuli, Qusarda 5, Şuşa, Altıağacda 4, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 millimetrədək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 santimetr olub.

Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 16, Daşkəsəndə 20, Qobustan, Mingəçevirdə 18, Lerikdə 16 metrədək güclənib. “Neft daşları” Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görmə məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°, Aran rayonlarında 5°-dək isti, Naxçıvan Muxtar Respublikasında 6°, dağlıq rayonlarda 2°, yüksək dağlıq ərazilərdə isə 9°-dək şaxta qeydə alınıb.

Chosen
3
49
yeniazerbaycan.com

10Sources