EN

Tehran Vaşinqtonla barışığa gedir: İranın kurs dəyişikliyinin arxasında nə durur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tehran beynəlxalq arenada öz ritorikasını kəskin şəkildə dəyişib və ABŞ-də respublikaçı Donald Trampın seçkidə qələbəsindən sonra Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa çalışır".
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzetinin mənbələri məlumat veriblər.
Qeyd olunur ki, İran artıq bir neçə həftədir, sərt bəyanatlardan imtina edib və onları daha barışdırıcı bəyanatlarla əvəz edib: bu, həm ölkə daxilində, həm də xaricində baş verən hadisələrə aiddir.
Mənbələrin sözlərinə görə, bu, Tehranın öz yanaşmasını yenidən nəzərdən keçirmək qərarı, o cümlədən Trampın noyabrın 5-də seçkidə qələbəsi ilə bağlıdır.
İddia edilir ki, İslam Respublikasında narahatlıq yaradan onun qeyri-müəyyənliyidir.
Bundan əlavə, NYT bildirir ki, İranın siyasətinə iqtisadi böhran və Tehranın ən yaxın və ən vacib hərbi müttəfiqi olan Livanın "Hizbullah" hərəkatının zəifləməsi təsir göstərib.
Qəzet əlavə edir ki, bütün bu amilləri nəzərə alan İran Trampın yeni administrasiyası ilə münasibətləri gərginləşdirməmək üçün İsrailə cavab zərbəsi endirməkdən də çəkinib.
Xatırladaq ki, Tramp prezidentlik müddətinin ilk dövründə İrana qarşı maksimum təzyiq siyasəti elan edib, bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edib, nüvə sazişindən çıxıb və yəhudi dövlətinə hərbi-siyasi və iqtisadi dəstəyi artırıb.
Tehran Trampa 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra İrana təzyiqlərdən imtina etməyi məsləhət görür.
"Əgər respublikaçı əks qərar qəbul edərsə, ABŞ İran tərəfindən maksimum müqavimətlə üzləşəcək", - deyə İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçı xəbərdarlıq edib.
Chosen
7
50
oxu.az

10Sources