EN

Dünyanın ən varlı 3-cü adamı vəsiyyətini açıqladı

Dünyanın 3-cü ən zəngin adamı və Omaha Orakle kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.

 

Sfera.az haberler.com-a istinadən xəbər verir ki, 150 milyard dollarlıq sərvətinin 99,5 faizini xeyriyyə işlərinə bağışlayan Buffetin mirasının bölüşdürülməsinin 10 il çəkəcəyi bildirilir.

 

Amerikanın ən məşhur iş adamı Uorren Baffet mövzu ilə bağlı məktubunda varlı nəsil yaratmaq istəmədiyini və bunun şəxsi inkişafa xələl gətirə, münasibətləri çətinləşdirə biləcəyini qeyd edib.

 

O, məktubda "Mən heç vaxt sülalə yaratmaq və ya övladlarımdan kənar plan qurmaq istəməmişəm. Mən onların üçünü də çox yaxşı tanıyıram və onlara tam etibar edirəm" deyib.

 

Övladlarının yaşlarının 66, 69 və 71 olduğunu ifadə edən Buffet onların mirası bölüşdürməsinin10 il çəkəcəyini deyib.

 

Qeyd edək ki, Uorren Baffet 30 avqust 1930-cu ildə anadan olmuş amerikalı milyarder və birja investorudur. O, birja proqnozları ilə milyardlarla dollar qazanan dünyanın ən uğurlu investorlarından biri kimi tanınır. Omaha Oracle ləqəbli Buffet Berkshire Hathaway şirkətinin baş direktorudur.

Chosen
12
4
sfera.az

8Sources