EN

Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib

Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib.
Oxu.Az xəbər verir ki, layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Eləcə də, qanuna təklif edilən digər dəyişikliyə əsasən, sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin olunması məqsədilə edilir.
Chosen
9
12
sherg.az

10Sources