İndoneziyada bir adamı piton udub.
Bu barədə "Daily Mirror" yazıb.
Noyabrın 26-da axşam 30 yaşlı Peko fermeri Şimal Luvu rayonunda şəkər hazırlamaq üçün qamış şirəsi yığarkən pitonun hücumuna məruz qalıb. Yeddi metrlik nəhəng ilan onun bədəninə sarılaraq nəfəsinin dayanmasını gözləyib və sonra təxminən 1,6 metr boyunda olan Pekonu yeyib, daha doğrusu udub.
Axşama yaxın fermerin Vavan adlı qaynı Pekonun evə qayıtmamasından narahat olub, onu axtarmağa gedib. Qamışların yaxınlığında onun böyük bir ilan tərəfindən udulduğu məlum olub. O, həmin pitonu tapıb.
Sonra Vəvan kürəkəninin yaşadığı kəndin sakinləri ilə birlikdə ilan olan yerə qayıdıblar. Birlikdə pitonun qarnını cırıb cəsədi çıxarıblar.
“Biz tez-tez zarafatlaşırdıq ki, gecə ilan bizi yeyə bilər. Onların nə qədər təhlükəli olduğunu hamımız bilirik. Mən başa düşə bilmirəm ki, piton kürəkənimi necə tuta bilib, çünki o, çox təcrübəli adam idi”, deyə Vavan bildirib.//publika.az