Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirləri dekabrın16-da Brüsseldə keçiriləcək görüşdə Gürcüstandakı vəziyyətimüzakirə edəcəklər.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakısəfiri Pavel Herçinski jurnalistlərə bildirib.
“Son vaxtlar Gürcüstan məsələsi bir neçə dəfə müzakirə olunub.Bu məsələni 16 dekabrda 27 Aİ ölkəsinin Xarici İşlər Nazirlərimüzakirə edəcək. Daha dəqiq məlumatı həmin görüşdən sonra verəbilərəm. Hazırda bütün variantlar müzakirə masasında qalır. Bunlararasında vizasız rejimin dayandırılması ehtimalı da var”, - deyəHerçinski vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze daha əvvəlbildirib ki, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük üzrə danışıqlarıgündəmə gətirməmək və birlikdən hər hansı büdcə qrantlarındanimtina etmək qərarına gəlib.
Onun sözlərinə görə, buna səbəb Avropa İttifaqının danışıqlarınbaşlanması ilə bağlı davamlı təzyiqləri, parlamentin qəbul etdiyibəzi qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşısanksiyalar tətbiq etmə çağırışları olub.