EN

Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib - YENİLƏNİB

Suriya ordusu silahlı qruplaşmaların Suriyanın Hələb və İdlib vilayətlərində başlatdığı hücumu dəf etdiyini və hücum edənlərə ağır itkilər verdiyini bildirib.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Qüvvələrimiz silahlı terrorçu qrupların başlatdığı böyük hücumu dəf etməyə davam edir", - deyə ordunun bəyanatında bildirilib.

***

18:03

Suriyada Əsəd rejimi qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir.

APA xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

Bir neçə gündür ki, Suriyanın Hələb və İdlib vilayətlərində Bəşər Əsəd rejimi qüvvələri ilə müxalif Hayet Təhrir əl-Şam (HTŞ) qruplaşması arasında qarşıdurmalar davam edir. HTŞ 34 kəndə nəzarəti ələ keçirdiyini bildirib.

HTŞ-nin yeni ələ keçirdiyi bölgələrdə rejim qüvvələrinə məxsus ağır silahlar və hərbi maşınların ələ keçirildiyi bildirilir.

HTŞ həmçinin onlarla rejim əsgərini nəzarətə götürdüyünü, Əsəd qüvvələrinin xeyli itki verdiyini açıqlayıb.

Chosen
31
44
apa.az

10Sources