Yazını böyüt
Yazını kiçilt
Dekabr ayından etibarən vasitəçilərin miqrantların müayinələrində iştirakına qadağa qoyulacaq.
Hafta.az xəbər verir ki, “TASS”-ın yaydığı məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkələrdə yazıb.
"Rus dilini bilmək haqqında sertifikatlar xarici vətəndaşlara yalnız dövlət orqanları tərəfindən verilə bilər.
Bundan başqa, qanunsuz miqrasiyanın təşkili məqsədilə saxta sənədlərin hazırlanması və ya dövriyyəsinə buraxılmasına görə cərimələr artırılıb (noyabrın 23-dən qüvvəyə minib).
Ölkəmizə ancaq rus dilini bilən, adət-ənənələrimizə hörmət və ehtiram göstərənlər gəlməlidir”, - deyə o yazıb.