EN

Azərbaycan və Efiopiya arasında sənaye zonaları sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Noyabrın 29-da Efiopiyanın Baş nazirinin ofisində dövlət naziriAklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində görüşkeçirilib.

Bu barədə Trend-ə İZİA-dan məlumat verilib.

Bildiirlib ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlovnümayəndə heyətinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları,burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları,tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib,İZİA-nın təqdimatı nümayiş etdirilib.

Görüşdə sənaye zonaları sahəsində Azərbaycan təcrübəsininöyrənilməsi, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrininqurulması, iki ölkənin sahibkarları arasında birgə bizneslayihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Chosen
27
4
az.trend.az

5Sources