EN

Tbilisidə növbəti mitinq başladı - DİN xəbərdarlıq etdi

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti mitinq başlayıb.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Yayılan məlumatlara əsasən, bugünki mitinqə Gürcüstan prezidenti Salome Zurabişvilinin qoşulacağı gözlənilir. Onun vətəndaşlara müraciət edəcəyi bildirilir.

Gürcüstanın daxili işlər nazirinin mavini Aleksandre Daraxvelidze brifinq keçirərək mitinq iştirakçılarına xəbərdarlıq edib. O, iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş çərçivələrdən kənara çıxmamağa çağırıb.

“Əks halda polis qadağan edilmiş əşyaların müsadirəsi üçün müvafiq tədbirlər görəcək”, - nazir müavini deyib.


Müəllif: Cəmilə Babayeva
Chosen
18
10
teleqraf.com

9Sources