EN

Bu internet provayderləri ləğv edilir

"Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat paylaşıb.Belə ki, "Uninet" MMC "Enginet" MMC və "Extranet" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.

Qeyd edək ki, "Uninet" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.

Chosen
13
31
metbuat.az

10Sources