EN

Gürcüstanda yenidən aksiyalar başladı - DİN xəbərdarlıq etdi

Gürcüstan hakimiyyətinin Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz edənlər Tbilisidə parlament binası qarşısında toplaşıblar.

Adalet.az "Gürcüstan mediasına istinadən xəbər verir ki, Rustaveli prospekti bağlanıb, polis bura səfərbər edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə etirazçıları qanundan kənara çıxmamağa çağırıb.

“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”, - Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Daraxvelidze xatırladıb ki, belə cinayətlər üç ilə qədər həbs cəzasını nəzərdə tutur.

Chosen
27
10
adalet.az

9Sources