EN

Daha bir ölkədə evtanaziya leqallaşdırıla bilər

İngiltərə və Uelsdə evtanaziyanın (yardımlı ölüm) leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi Britaniya Parlamentində tarixi səsvermə nəticəsində qəbul edilib.

Publika.az xəbər verir ki, parlamentarilər 330 səslə lehinə, 275 səslə əleyhinə olmaqla qanun layihəsini dəstəkləyiblər.

Bu qanun, həyatlarının son altı ayını yaşayan ölümcül xəstələrə tibbi yardım vasitəsilə həyatlarına son verməyi seçmək hüququ verir.

Qanun layihəsi İcmalar Palatasında ilk mərhələdən keçdikdən sonra bir neçə ay davam edəcək parlament müzakirələrinə, o cümlədən Lordlar Palatasında nəzərdən keçirilməyə göndəriləcək. Əgər bu proses uğurla yekunlaşarsa, qanun qüvvəyə minəcək.

Chosen
2
3
publika.az

5Sources