EN

Saxta pul əməliyyatlarına qarşı 104 nəfər həbsEDİLDİ

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, bu ilin ilk 10 ayında saxta pul əməliyyatlarına qarşı keçirilən 340 əməliyyat nəticəsində 104 nəfərin həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı məlumatda qeyd edib ki, həyata keçirilən əməliyyatlardan 32-si planlı olub. Bu əməliyyatlar zamanı 104 şübhəli şəxs həbs olunub, 48 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.

Ali Yerlikaya bildirib ki, Respublika Baş Prokurorluqları və Daxili İşlər Nazirliyinin KOM İdarəsinin koordinasiyası ilə yerli polislər tərəfindən keçirilən əməliyyatlar nəticəsində 1 milyon 479 min 260 türk lirəsi, 352 min 576 ABŞ dolları və 3 milyon 613 min 550 avro dəyərində saxta pul aşkarlanıb.

Bundan əlavə, əməliyyatlar zamanı saxta pul istehsalında istifadə edilən iki mətbəə də müəyyən edilib.

Seymur BƏNNAYEV 

Chosen
13
2
redaktor.az

3Sources