EN

Suriyada üsyançılar Hələbə daxil oldu

Suriyalı üsyançılar iki minalanmış avtomobili partlatmaqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib.

 

Sfera.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

 

Qeyd olunur ki, Suriyanın müxalifət qüvvələri uzun sürən döyüşlər nəticəsində Hələbdən sıxışdırılıb çıxarıldığı 2016-cı ildən bəri ilk dəfə şəhərə daxil olub.

 

Məlumata görə, şəhərin qərbində yerləşən Hələb Cədid, Həmdaniyyə, Əl-Furkan, Yeni Hələb, Salah əd-Din kimi bir neçə bölgə artıq müxalifət qüvvələrinin nəzarətindədir.

 

Suriyanın dövlət xəbər agentliyi SANA isə hökumət qüvvələrinin İdlibdə və Hələbin ətrafında üsyançılar ələ keçirdikləri mövqelərə nəzarəti yenidən bərpa etdiklərini bildirib.

 

“Qüvvələrimiz silahlı qrupların böyük hücumunu dəf etməyə davam edir. Üstəlik, müəyyən mövqelərə nəzarəti bərpa etməyi bacarmışıq”, - Suriya ordusundan bildirilib.

 

Eyni zamanda “Al Jazerra” telekanalı Suriyanın dövlət mediasına istinadən xəbər verib ki, üsyançıların Hələbə hücumu nəticəsində azı 4 nəfər ölüb. Məlumata görə, üsyançılar Suriyanın şimal-qərbində hökumət qüvvələrinin nəzarətində olan mövqelərə hücumlarını gücləndirib.

Chosen
4
47
sfera.az

10Sources