EN

Leonardo Di Kaprio Al Paçinonun ideyasına görə evlənmir

Məşhur aktyor Leonardo Di Kaprio hÉ™mkarı Al Paçinonun evlilik haqqında mÉ™nfi fikirlÉ™rini dÉ™stÉ™klÉ™yib. 

HİT.az xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.

Məlumata görə, Leonardo Di Kaprio həyat tərzində Al Paçino və Cek Nikolsonun baxışlarına üstünlük verir.

"Bu tamamilə cəfəngiyatdır. Heç kim Leonu nikah masasına oturda bilməz. Leo Cek Nikolsonu və Al Paçinonu çox sevir, hər ikisi də evlilik ideyasına necə nifrət etdiklərini açıq şəkildə bəyan ediblər. O, uzun illər sərbəst həyat sürdükdən sonra tək və kövrək olacağı fikrindən qorxmur. Leonun özünəməxsus yumor hissi var və onların qadınlara yanaşma tərzini əyləncəli hesab edir", deyə mənbə bildirib.

Bir müddət əvvəl məşhur "DeuxMoi" bloqu "Instagram"da Leonardo Di Kaprio ilə supermodel Vittoriya Çeretti arasında münasibətlərin yeni mərhələyə keçdiyini və onların nişanlandığını yazır. Lakin nə Di Kaprio, nə də Çeretti bu məlumatı təsdiq etməyib.

Samir

Chosen
25
hit.az

1Sources