Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 68,6 milyon dollar dəyərində şaftalı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 milyon dollar və ya 33,2% çoxdur.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə şaftalı ixracının ümumi dəyəri 51,5 milyon dollar təşkil edib.