Rusiya hərbçiləri Donetskin Jeltoye, Pustinka və Razdolnoye qəsəbələrini ələ keçiriblər. Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsi məlumat yayıb. "Düşmən Jeltoye, Pustinka və Razdolnoyeni tutdu, həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəlilədi", - məlumatda deyilir. Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir: "Ruslar əsas hücum qüvvələrini həmin əraziyə cəmləşdirirlər. Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər".