EN

Donnarumma İtaliyaya qayıdır

2021-ci ildən PSJ-də çıxış edən italiyalı qapıçı Canluici Donnaruma Fransadan ayrılmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, klubdakı durumundan narazı olan qolkiper hazırkı şərtlərlə müqaviləni yeniləmək fikrində deyil. 

"Calciomercato"-nun məlumatına görə, Donnarumma PSJ-dən ayrılaraq İtaliyaya qayıdacaq. Bu, onun keçmiş klubu "Milan" ola bilər. İtaliya nəhəngi Avropanın ən böyük klublarının maraq dairəsində olan Mayk Menyanla yollarını ayıra bilər ki, belədə onlara yeni qapıçı lazım olacaq. Klubdakı keçmişini nəzərə alsaq, Donnarumma üçün "Milan"ın əla seçim ola biləcəyi, onun komandanı yaxşı tanıdığı vurğulanıb. 

Xatırladaq ki, Donnarumma 2015-2021-ci illərdə "Milan"ın şərəfini qoruyub.

Mirağa

Chosen
6
fanat.az

1Sources