EN

Gürcüstanda 2014-cü il ssenarisi təkrarlanacaq? - Qərbin "Gürcüstan arzusu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanda, sanki 2014-cü il Ukrayna ssenarisinin təkrarı müşahidə edilir. Küçə döyüşləri, polisə qarşı zorakılıq və sair. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda provokator gətirilib. Onların arasında silahlı təxribatçıların da olması istisna deyil.
Bəs görəsən, bu ölkədə hadisələr hansı istiqamətdə inkişaf edəcək? Qərb öz planlarını reallaşdırmağa nail olacaqmı?
Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, Gürcüstanda parlament seçkisi keçirilməzdən öncə Gürcü Arzusu Partiyasının yenidən qələbə qazanmasından sonra bir neçə ssenari üzrə Qərbin planları var idi:
"Ancaq seçkinin açıq fərqlə qazanılması onları bu planlarından geri çəkilməyə və ya bu planların həyata keçirilməsinə tərəddüd etməyə şərait yaratdı. Bunun səbəbi təkcə seçkinin nəticəsi deyildi. Gürcüstan hökumətinin tərs ssenarilərin qarşısını almaları üçün planları mövcud idi. Seçkidən sonra proseslərin bir qədər ləng inkişaf etməsi bununla bağlıdır. Qərb Gürcüstanı tamamilə itirəcəyindən qorxur. Xüsusilə Gürcüstanın baş nazirinin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dayandırması qərarından sonra yenidən Gürcüstandakı hadisələri aktiv fazaya çəkməyə çalışırlar. Bu da Gürcüstanın çox açıq bir siyasət həyata keçirməsi ilə bağlıdır. Gürcüstan Qərblə bütün kartları açıq oynamağa üstünlük verib. Fikrimcə, bu, tamamilə doğru qərardır.
Bu ölkə açıq bəyan etdi ki, doğrudan da söhbət Gürcüstan-Avropa İttifaqı münasibətlərindən gedirsə, anlaşma ortaya qoyulmalıdır, onlar dərhal imzalamağa hazırdırlar. Əksinə, Qərb bu situasiyadan təzyiq vasitəsi kimi istifadə edirsə, Gürcüstan prosesdə yoxdur. Gürcüstanın mövqeyi həm də Qərb siyasətinin ifşasına fokuslanıb. Qərb dairələrini qıcıqlandıran da budur. 2014-cü il Ukrayna ssenarisinin təkrarı da bir variantdır. Ancaq fikrimcə, bu, baş verməyəcək. Fövqəladə bir hadisə baş verməzsə, Gürcüstan hadisələri sakitləşdirməyi bacaracaq. Gürcüstan plandan agah olduğu üçün proseslərin nəzarətindən çıxmasına imkan verməyəcək. Bunun üçün hər cür imkanı var. Xalq dəstəyini və hüquq-mühafizə orqanlarındakı gücünü nümunə kimi deyə bilərik".
Məhərrəm Əliyev
Chosen
10
22
oxu.az

10Sources