Dünyanın ən zəngin adamlarından biri olan Hindistanlı Qautam Adani 1 gündə milyardlarla dollar vəsait itirib.
Sfera.az xəbər verir ki, o, Hindistanın “Adani Group" şirkətinin sahibidir.
İddialara görə, şirkət ABŞ-də rüşvət verməkdə və fırıldaqçılıq etməkdə ittiham edilir. Bununla bağlı məlumatın yayılmasından sonra “Adani Group”un bazar dəyərinin 55 milyard dollar ucuzlaşdığı bildirilib.
İddialara görə, holdinqin sahibi Qautam Adani 250 milyon dollarlıq rüşvət şəbəkəsində iştirak edib. ABŞ prokurorlarının dərc etdiyi iddianamədə “Adani Group” və tərəfdaşlarının beynəlxalq investorları qəsdən çaşdırdığı bildirilir. Adani və onun şirkət ortaqları isə onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Qeyd edək ki, Qautam Adani Hindistanın və dünyanın ən varlı adamlarından biridir. “Forbes” nəşrinin hesablamalarına görə, onun sərvətinin dəyəri 66 milyard dollardır. Adani dünyanın ən varlı 24-cü şəxsi hesab edilir.
Vasif