Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə fərdi yaşayış evlərindən birində baş verib.
Şəhər sakini Mehriban İsmayılova evin hamam otağında ölmüş vəziyyətdə tapılıb.
Onun dəm qazından zəhərləndiyi məlum olub.
Milli.Az