1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriya hökuməti Hələb hava limanını, eləcə də şəhərə aparan bütün yolları bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters"ə üç hərbi mənbədən məlumat verilib.
Bu, Suriya hökumətinə qarşı silahlı mübarizə aparan qüvvələrin Hələbin mərkəzinə doğru irəlilədiklərini söylədikləri vaxta təsadüf edir.
Məlumatda həmçinin qeyd olunur ki, Suriya ordusu silahlı qruplara qarşı əks-hücuma hazırlaşmaq üçün qoşunlarını Hələbdən müvəqqəti geri çəkib.