EN

ABŞ Gürcüstanla bağlı elə bir qərar verdi ki...

Respublikanın hakimiyyət orqanları ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları təxirə salmaq qərarına gəldikdən sonra ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, müvafiq bəyanat Dövlət Departamentinin saytında dərc olunub.

Departament qeyd edib ki, hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlüklə bağlı qərarı respublika xalqına konstitusiyada təsbit olunmuş vədlə ziddiyyət təşkil edir və ölkəni “Kreml qarşısında daha həssas” edir.

“Gürcü Arzusu”nun müxtəlif antidemokratik hərəkətləri ABŞ və Gürcüstan arasında demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları və əsas azadlıqlara hörmət və korrupsiyaya qarşı mübarizə səylərinə əsaslanan strateji tərəfdaşlığın əsas prinsiplərini pozdu”, - Dövlət Departamentinin press-relizində deyilir.

XİN əlavə edib ki, bu səbəbdən bu mexanizmin fəaliyyətini dayandırıblar. Birləşmiş Ştatlar Gürcüstandakı etirazların bütün iştirakçılarını onların dinc şəraitdə keçirilməsini təmin etməyə, ölkə hökumətini isə Avro-Atlantik yola qayıtmağa çağırıb.

Chosen
20
5
publika.az

6Sources