Tbilisidə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıları ərazidən çıxarmağa başlayıblar.
Bunun üçün əsasən su şırnağından istifadə edilir.
Etirazçılar isə təslim olmaq istəmir, polisin müdaxiləsinə daş və pirotexniki vasitələr atmaqla qarşılıq verir.