Lənkəranda baş verən qəzada piyada xəsarət alıb.
"Unikal"ın məlumatına görə, Lənkəranda nəqliyyat vasitəsi piyada Lənkəran rayonunun Osaküçə kənd sakini, 2008-ci il təvəllüdlü Ləman Emin qızı Niftullayevanı vurub.
L.Niftullayeva Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.