EN

"Qərbi Azərbaycandan olan soydaşlarımızın torpaqlarına qayıdışı üçün zəmin yaranıb" - İcma sədri

"Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər nəinki ərazilərimizin 30 illik işğalına son qoydu, nəinki son 100 il ərzində xalqımıza qarşı törədilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini durdurdu, ümumiyyətlə ermənilərin və onların havadarlarının regionda addım-addım həyata keçirdikləri 200 illik strategiyanı darmadağın etdi. Bu 200 illik tarixdə ilk dəfə olaraq, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün zəmin yarandı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı Qərbi Azərbaycan İcmasının sədri, deputatı Əziz Ələkbərli deyib.

"Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması, qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması və təmin olunması istiqamətində fəaliyyətimizi daha da genişləndirməkdə qərarlıyıq. Son zamanlar bir sıra xarici qüvvələrin parlament müstəvisində və digər formatlarda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdışı məsələsindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarını da tez-tez müşahidə edirik. Bizim fikrimizcə, Qərbi Azərbaycana qayıdış məsələsi üzrə fəaliyyət özlüyündə haqq-ədalət məsələsi olmaqla yanaşı, bu cür qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün də vacib əhəmiyyət kəsb edir".

Anar Kəlbiyev

Chosen
114
50
unikal.az

10Sources