EN

Nigeriyada əməliyyat: 1,2 milyon litr oğurlanmış neft ələ keçirildi



Nigeriyada neft qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. Əməliyyatlar zamanı 1,2 milyon litr oğurlanmış neft ələ keçirilib.Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Danjuma Jonah Danjuma, ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlarını davam etdirdiyini bildirib. Əməliyyatlar zamanı daha 56 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini qeyd edən Dancuma, "1,2 milyon litr oğurlanmış neft ələ keçirildi" dedi.

Əməliyyatlar zamanı 17 neft qaçaqmalçısının saxlanıldığı, qaçaqmalçılara məxsus 20 qayığın ələ keçirildiyi bildirilib.

aia.az
tərcümə şöbəsi



Chosen
48
4
aia.az

6Sources