EN

"Pandemiyada qarajımı satıb işçilərə maaş verdim" - Məşhur müğənni + FOTO 

“Qazancımızın çox hissəsini sənətə xərcləyirik. Əgər məndən soruşsanız ki, ən böyük xərciniz nə olub, cavab verəcəyəm ki, mahnı, klip, konsert və səhnə geyimləri”.

Referans.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Danışır radio” verilişində deyib.

Sənətçi bildirib ki, kiminsə əlinə baxsa həyatının sonu olar:

“Türkiyədə müğənni bir mahnı oxumaqla qazandığı pullarla hotel alır. Amma bizdə belə deyil. Pul mənim üçün rahatlıq və müstəqillik vasitəsidir. Mən heç kimdən aslı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda, keyfim pozulur. Misal üçün pandemiya vaxtı fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 4-5 ay idarə edə bilim. O müddətdə yanımda çalışan insanlara hər ay maaş verdim”.


Chosen
48
3
referans.az

10Sources