Türkiyə Superliqasının 14-cü həftəsinin matçında “Hatayspor” və “Beşiktaş” komandaları üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, görüşdə qalib müəyyən edilməyib – 1:1.
“Hatayspor”un qolunu 29-cu dəqiqədə Görkem Sağlam, “Beşiktaş”ın qolunu isə 41-ci dəqiqədə Çiro İmmobile vurub.
Beş həftədir liqada qalib gəlməyən “Beşiktaş” xalını 22-yə çatdırıb. “Hatayspor” xallarını 8-ə yüksəldib.