EN

ABŞ-nin Ukraynaya 62 milyardlıq silah ÖHDƏLYİ

“ABŞ Prezidenti Co Baydenin administrasiyası indiyə qədər Ukraynaya ümumilikdə, 62 milyard dollarlıq hərbi yardım göstərməyi öhdəsinə götürüb”.

Turkustan.az-ın məlumatına görə, Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir.

Sənəddə qeyd edilir ki, Bayden administrasiyası işə başlayandan bəri ABŞ Ukraynaya 62 milyard dollardan çox hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Bura Rusiyanın müharibəyə başlamasından sonra ayrılmış 61,4 milyard dollar yardım da daxildir. Dekabrın 2-də ABŞ administrasiyası Kiyevə 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etdiyini açıqlamışdı.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq. /cebheinfo.az/

Chosen
41
50
turkustan.az

10Sources