EN

Pentaqon Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım paketinin tərkibini açıqlayıb

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollarlıq hərbi yardım paketi ayırıb, o cümlədən, xüsusilə piyada əleyhinə minaların tədarükü.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

“Təxmini dəyəri 725 milyon dollar olan bu paket Ukraynaya ən aktual ehtiyaclarını ödəmək üçün əlavə imkanlar verəcək”, – bəyanatda deyilir.

Kiyevə hərbi yardım paketinə zenit-raket kompleksləri (NASAMS), pilotsuz uçuş aparatları ilə mübarizə, artilleriya raket sistemləri (HIMARS), Stinger raketləri, 155 mm və 105 mm-lik artilleriya sursatları, pilotsuz uçuş aparatları, qeyri-sabit minalar , borudan buraxılan, optik izləmə və məftillə idarə olunan raketlər (TOW), Javelin və AT-4 tank əleyhinə sistemlər daxildir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan atıcı silahlar və döyüş sursatları, söküntü avadanlığı, mühüm infrastrukturun mühafizəsi üçün vasitələr, eləcə də ehtiyat hissələri və yardımçı texnika alacaq.

Chosen
83
49
nocomment.az

10Sources