EN

Orqanizmin qocalma səviyyəsini belə yoxlayın

Elə insanlar var gec qocalır, eləsi də var ki, nə vaxt necə qocaldığının fərqinə varmır.

“Medicina” xəbər verir ki, alimlər orqanizmin hansı səviyyədə qocalmasını və resursunu öyrənmək üçün test təklif ediblər.
Britaniya Milli Səhiyyə xidmətinin mütəxəssisləri son tədqiqatlarında bu metodu sınayıblar.

İnsan bir ayağı üzərində dayanmaqla qocalıq dərəcəsini və orqanizmin vəziyyətini yoxlaya bilər. Çünki yeniyetmə və gənc yaşda bir ayaq üzərində bir müddət hətta 3 dəqiqə dayanmaq olur. Yaşlandıqca bu müddət azalır. Güc və müvazinətin azalması bu pozada bilinir.

Alimlər hesab edir ki, 18-40 yaş arası bir ayağı üzərində yıxılmada, müvazinətli şəkildə 1 dəqiqə dayanmaq normaldır. 40-50 yaş arfası 40 saniyə, 50-59 yaş arası – 38 saniyə, 60-69 yaş arası 25 saniyə qalmaq olur. Əgər bu müddət qədər qala bilmirsizsə, deməli, orqanizm yaşından xeyli irəli qocalıb.

Testin aparılması üçün əllərinizi belinizə qoyub, divara soykənmədən, bir ayağı dizdən büküb dayanmaq lazımdır. Ayağınızı yerə qoyana qədər saniyəölçənlə ölçün, çalışın yıxılmayasız.
Chosen
37
2
sherg.az

3Sources